Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Azərbaycan qadın geyim bəzəkləri” kitab-albomu çapdan çıxıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > “Azərbaycan qadın geyim bəzəkləri” kitab-albomu çapdan çıxıb

“Azərbaycan qadın geyim bəzəkləri” kitab-albomu çapdan çıxıb


“Azərbaycan qadın geyim bəzəkləri” kitab-albomu nəşr olunub.

Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyindən bildiriblər ki, kitab-albomun müəllifi muzeyin etnoqrafiya elmi fond şöbəsinin müdiri Gülzadə Abdulova, redaktoru bu elm müəssisəsinin direktoru, akademik Nailə Vəlixanlıdır.

Kitab-albomda ənənəvi xalq geyimlərinin tərkib hissəsi olan qadın geyimlərinin bəzədilməsində istifadə edilən elementlərin təsnifatı və onlar haqqında qısa məlumatlar verilib. Kitab-albom “Baş bəzəkləri”, “Düymə və piləklər”, “Ətəklik, yaxalıq və əlcəklər”, “Sancaqlar”, “Kəmərlər”, “Ayaq geyim bəzəkləri”, “Toxuma bəzəklər”, “Tikmələr” adlı bölmələrdən ibarətdir.

Nəşrə daxil edilən materiallar muzeyin fondlarında qorunur. Kitab-albomdakı mətnlər Azərbaycan və ingilis dillərində verilib.

Geri dön