Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Rəsmi Bakı ümid edir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində göstərdiyi səylərini bir az da artıracaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > Rəsmi Bakı ümid edir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində göstərdiyi səylərini bir az da artıracaq

Rəsmi Bakı ümid edir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində göstərdiyi səylərini bir az da artıracaq


Rəsmi Bakı ümid edir ki, Rusiya indiyə qədər Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində göstərdiyi səylərini bir az da artıracaq, onları daha səmərəli edəcək. Bunu bazar ertəsi jurnalistlərə "Vladimir Putinin yeni prezidentliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından nə gözləyirsinizz?" sualını cavablandırarkən Prezident Administrasiyasının İctimai siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
"Hesab edirəm ki, Rusiya bu işə əl qatmasa, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı səylərini artırmasa, nə ATƏT, nə onun Minsk qrupu, nə BMT, nə də digər beynəlxalq təşkilatlar bu sahədə ciddi irəliləyişə nail ola biləcəklər", - Həsənov deyib.
Onun sözlərinə görə, Rusiyanın Ermənistan üzərində təsiri həddən artıq çoxdur, bu ölkə faktiki olaraq Ermənistanın bütün siyasi, iqtisadi, sosial, hərbi, təhlükəsizlik, geosiyasi məsələlərində mühüm təsir qüvvələrinə malikdir və bu ölkə Ermənistana təsirli təzyiq göstərməklə bu ölkəni konstruktiv istiqamətə yönəldə bilər.
"Biz Ermənistandan çox şey istəmirik. Sadəcə olaraq, bu danışıqlarda konstruktiv mövqeyə yaxınlaşmasını, Azərbaycanın ərazilərindən öz işğalçı qoşunlarını çıxarmasını və Dağlıq Qarabağda yaşayan həm ermənilərin, həm azərbaycanlıların vətəndaş, milli, etnik hüquqlarının bərpası üçün Azərbaycana şərait yaratmasını istəyirik", - Həsənov əlavə edib.

Geri dön