Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > MDHP gənci sertifikat və mükafat aldı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gənclik, Siyasi partiyalar > MDHP gənci sertifikat və mükafat aldı

MDHP gənci sertifikat və mükafat aldı


11.11.2016-cı il tarixində “DAYAQ Mentorluq layihəsinin 2016-cı il üçün yekun konfransı” adlı tədbir keçirilmişdir. Tədbirdə Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquq şöbəsinin müdiri, GİZ Cənubi Qafqazda Yerliözünüidarəetmə Proqramının direktoru Cənab Karsten Posse, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin səfiri Xanım Malena Mard və Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri Cənab Mixael Kindsgrab iştirak etmişdir. Ölkənin bir çox bölgələrindən, həmçinin Bakının bir çox rayonlarından bələdiyyə üzvlərinin qatıldığı bu tədbirdə Milli Dirçəliş Hərəkatı Partiyası sədrinin köməkçi müşaviri və Qaraçuxur bələdiyyəsinin üzvü Leyla Cahangirova da iştirak etmişdir. O, 2 ildir DAYAQ Mentorluq layihəsinin iştirakçısıdır. İştirak etdiyi 2015-ci ildə stajor olmuş və layihənin yekununda sertifikat almışdır. Həmçinin 2016-cı ildə layihəyə mentor olaraq qatılmış və yenidən sertifikata layiq görülmüşdür.
Layihənin yekun konfransında özünün “Müasir informasiya çağında qadınların rolu” adlı kiçik layihəsini təqdim etmiş və mükafatlandırılmışdır.

Geri dön