Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İrana hücumla bağlı daha bir tarix
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > İrana hücumla bağlı daha bir tarix

İrana hücumla bağlı daha bir tarix


ABŞ və İsrail bu ilin sonuna qədər İrana hücum edəcəklər. Məlumata görə, bunu “Kommersant” qəzetinə Rusiya Xarici İşlər Nazirliyinin adını çəkilməsini istəməyən yüksək vəzifəli şəxsi söyləyib. O deyib ki, İsrail faktiki ABŞ prezidenti Barak Obamanı şantaj edir: “Barak Obam seçim qarşısında qalıb. Ya İrana hücuma dəstək verməli, ya da nüfuzlu yəhudi lobbisinin dəstəyini itirməlidir”. “Kommersant” qəzeti yazır ki, martın 13-də Nyu-Yorkda ABŞ dövlət katibi Hillari Klinton Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşüb. Hillari Klinton Sergey Lavrovdan xahiş edib ki, aprel ayında İranın nüvə proqramı ilə bağlı aparılacaq danışıqların müharibədən qaçmaq üçün yeganə şans olduğunu Tehranın nəzərinə çatdırsın.

Geri dön