Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > ATƏT Azərbaycanın siyasi partiyaları arasında dialoqun təşkili üçün tərəflərin razılığını alıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > ATƏT Azərbaycanın siyasi partiyaları arasında dialoqun təşkili üçün tərəflərin razılığını alıb

ATƏT Azərbaycanın siyasi partiyaları arasında dialoqun təşkili üçün tərəflərin razılığını alıb


Siyasi partiyalar arasında dialoq təşkil etmək üçün ATƏT-in Bakı Ofisi siyasi partiya liderləri ilə məsləhətləşmələr aparıb və belə bir tədbirin keçirilməsi üçün bütün tərəflərdən müsbət cavab alıb. Bu barədə ATƏT-in Bakı Ofisindəki mənbə məlumat verib.
Məlumata görə, ehtimal olunur ki, növbəti toplantının əsas mövzusu "Siyasi partiyalar haqqında" yeni qanun olacaq. Hazırda tədbirin tarixi və keçiriləcəyi yerlə bağlı məsləhətləşmələr davam edir.
Qeyd edək ki, Milli Məclisin yaz sessiyasında "Siyasi partiyalar haqqında" yeni qanunun müzakirəsi gözlənilir. Bu qanunla bağlı Azərbaycan dövləti Venesiya Komissiyası ilə bir neçə dəfə məsləhətləşmələr aparıb.

Geri dön