Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > AŞPA həmməruzəçiləri Yerevana səfər edəcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Qərbi Azərbaycan-İrəvan > AŞPA həmməruzəçiləri Yerevana səfər edəcək

AŞPA həmməruzəçiləri Yerevana səfər edəcək


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) monitorinq üzrə həmməruzəçiləri Cüzeppe Qalati və Alan Mil noyabrın 22-23-də Yerevana səfər edəcək.
Ermənistan KİV-i xəbər verir ki, onlar "seçki sistemində islahat", 2017-ci ildə keçiriləcək parlament seçkiləri, "konstitusiya islahatı"nın həyata keçirilməsi, o cümlədən "polis sietemində islahat" və polisin fəaliyyəti ilə bağlı şikayətlərə baxmaq üçün "müstəqil mexanizmin" yaradılması məsələləri ətrafında müzakirələr aparacaqlar.
İnformasiyaya əsasən, həmməruzəçilər ölkə prezidenti, baş naziri, parlamenti sədri, eləcə də ədliyyə naziri, AŞPA-dakı Ermənistan nümayəndə heyətinin üzvləri, məhkəmə orqanlarının təmsilçiləri, polisin başçısı ilə görüş keçirəcək.

Geri dön