Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > AŞPA-nın yaz sessiyasının gündəliyi açıqlandı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > AŞPA-nın yaz sessiyasının gündəliyi açıqlandı

AŞPA-nın yaz sessiyasının gündəliyi açıqlandı


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının gündəliyi açıqlanıb.
Aprelin 23-dən 27-dək keçiriləcək sessiyanın ilk iş günündə büro və siyasi qruplarda yığıncaqlar keçiriləcək, AŞPA-nın sədri deputatlar qarşısında qış sessiyasından ötən müddət ərzində görülmüş işlərə dair məruzə ilə çıxış edəcək, Assambleyanın vitse-prezidentləri seçiləcək, Nazirlər Komitəsinin sədri, Böyük Britaniyanın Avropa məsələləri və xarici işlər naziri David Lidinqton rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə hesabat verəcəkdir.
Sessiyanın sonrakı günlərində İnsan Haqları üzrə Avropa Məhkəməsinə hakimlərin seçilməsi, idmanda etika və onun səmərəli idarə olunması, media və internetdə informasiya və ifadə azadlığı, maliyyə və iqtisadi böhran dövründə pensiyaların məbləğinin aşağı salınması və digər məsələlər müzakirə olunacaqdır.
Bosniya və Herseqovinanın xarici işlər naziri Zlatko Laqumciyanın, digər dövlət və siyasi xadimlərin çıxışları da nəzərdə tutulmuşdur.
Sessiyanın gündəliyində Azərbaycan ilə bağlı hər hansı bir məsələnin müzakirəsi nəzərdə tutulmasa da, azərbaycanlı deputatlar fikir mübadiləsi zamanı ölkəmizin mövqeyini bildirəcəklər.

Geri dön