Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyə prezidenti Avropaya xəbərdarlıq edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Türkiyə prezidenti Avropaya xəbərdarlıq edib

Türkiyə prezidenti Avropaya xəbərdarlıq edib


“Belə boş, tez-tez edilən təhdidlərin nə mən, nə də bu millət çəkinər. Daha irəli getsəniz, qapıları açarıq”.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Ədalət və Qadın” beynəlxaq konqresində Türkiyənin Avropa İttifaqına üzvlüyünün müzakirəsinin dayandırılması haqqında Avropa parlamentinin qəbul etdiyi qətnaməyə münasibət bildirərkən deyib.
“Atılan addımın mənasını sizə söyləyim - Türkiyə Avropa İttifaqına girsin, ya girməsin? Səsverməni niyə keçirdilər, çünki Ərdoğan doğru açıqlamalar verir. 400-500 nəfər səs verib, hə deyir. Siz insanlığa heç bir zaman dürüst yanaşmadınız. Siz köçkün körpələrə heç zaman sahib çıxmadınız. Üç milyon qaçqına ölkəmizdə qapı açan bizik. Siz isə verdiyiniz sözə belə əməl etmədiniz. Kapıkuleye (Türkiyə ilə Bolqarıstan arasında sərhəd-gömrük keçid məntəqəsi - "Report") 50 min qaçqın toplaşanda fəryad edirdiniz. “Türkiyə qapıları açsa, nə edərik”- dediniz. Bura baxın, əgər daha çox irəli getsəniz, qapıları aça bilərik”, - deyə o vurğulayıb.

Geri dön