Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fransada sağ-mərkəzçilər prezidentliyə namizədlərini müəyyənləşdirib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Fransada sağ-mərkəzçilər prezidentliyə namizədlərini müəyyənləşdirib

Fransada sağ-mərkəzçilər prezidentliyə namizədlərini müəyyənləşdirib


Fransanın sağ-mərkəzçi müxalifəti 2017-ci il prezident seçkilərində iştirak edəcək vahid namizədi müəyyənləşdirib.

İlkin seçkilərin ikinci turu ilə əlaqədar noyabrın 27-də 10 mindən çox seçki məntəqəsi açılıb.

Seçkilərin birinci turunun nəticələrinə görə, Bordo şəhərinin meri Alen Jüpe və sabiq baş nazir Fransua Fiyon ikinci tura adlamışdılar. Seçkilərin ikinci turunun ilkin nəticələrinə əsasən, F. Fiyon 68,4%, A.Jüpe isə 31,6% səs toplayıb.

İlkin seçkilərin birinci turunda məğlub olan sabiq prezident Nikolya Sarkozi Fransua Fiyonu qələbə münasibəti ilə təbrik edib.

Qeyd edək ki, Respublikaçılar Partiyasının rəhbərlik etdiyi sağ-mərkəzçilərin ilkin seçkilər nəticəsində müəyyənləşdirəcəyi namizədi 2017-ci ildə keçiriləcək prezident seçkilərində sağ-mərkəzçilərin vahid namizədi olacaq.

Geri dön