Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Milli Məclis Xocalı faciəsi ilə bağlı qanun layihəsi hazırlayır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Milli Məclis Xocalı faciəsi ilə bağlı qanun layihəsi hazırlayır

Milli Məclis Xocalı faciəsi ilə bağlı qanun layihəsi hazırlayır


“Qarşıdan Xocalı faciəsinin 25-ci ildönümü gəlir. Bununla bağlı yeni qanun layihəsi hazırlanır”.
Bunu parlamentin sədr müavini Bahar Muradova Milli Məclis, “Qüdrətli Azərbaycan Naminə” İctimai Birliyi və Azərbaycan Prezidenti yanında Qeyri-hökumət təşkilatılarına Dövlət Şurasının birgə hazırladığı “Soyqırım və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasının hüquqi aspektlərinin öyrənilməsi” layihəsinin təqdimat mərasimində deyib.
B.Muradova qeyd edib ki, Milli Məclisdə soyqırıma məruz qalmış insanlarla bağlı yeni qanun layihəsi hazırlanır: “Nəzərdə tutduğumuz qanun layihəsini Xocalı faciəsinin 25 illiyində ictimaiyyətə təqdim edə biləcəyik”.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli də çıxışında qanun layihəsinin hazırlanmasının vacib olduğunu vurğulayıb.
Deputat Azay Quliyev də çıxışında bildirib ki, qanun layihəsinin hazırlanmasında əsas məqsəd ədalət mühakiməsinin təşkil edilməsidir.

Geri dön