Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Milli Məclis 36 məsələyə görə toplanır - GÜNDƏLİK
Milli Məclis 36 məsələyə görə toplanır - GÜNDƏLİK |
Bu gün Milli Məclisin pazyız sessiyasının növbəti iclası keçiriləcək.
İclasın gündəliyinə 36 məsələ daxildir. Məsələlərin əksəriyyəti bir çox qanunlara əlavə və dəyişiklər edilməsi ilə bağlıdır Parlamentin iclasının gündəliyinə bu məsələlər daxildir: “İnsan orqan və toxumalarının transplantasiyası haqqında” qanuna dəyişiklik; “Tütün və tütün məmulatları haqqında” qanuna dəyişiklik; “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklik; “Körpələrin və erkən yaşı uşaqların qidalanması haqqında” qanuna dəyişiklik; “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanuna dəyişiklik; “Poçt haqqında” qanuna dəyişiklik; “Çayçılıq haqqında” qanuna dəyişiklik; “Teatr və teatr fəaliyyəti haqqında” qanuna dəyişiklik; “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” qanuna dəyişiklik; “Dərman vasitələri haqqında” qanuna dəyişiklik; “Bədən tərbiyəsi və idman haqqında” qanuna dəyişiklik; “Ailə kəndli təsərrüfatı haqqında” qanuna dəyişiklik; “Atçılıq haqqında” qanuna dəyişiklik; “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” qanuna dəyişiklik; “Hidrometeorologiya fəaliyyəti haqqında” qanuna dəyişiklik; İnzibati Xətalar Məcəlləsində dəyişiklik; “Notariat haqqında” qanuna dəyişiklik; “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozmalarının profilaktikası haqqında” qanuna dəyişiklik; Cinayət Prosesual Məcəlləsində dəyişiklik; “Məhkəmə Hüquq Şurası haqqında” qanuna dəyişiklik; “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik; “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında” qanuna dəyişiklik; “Turizm haqqında” qanuna dəyişiklik; “Lisenziyalar və icazələr haqqında” qanuna dəyişiklik”; Vergi Məcəlləsində dəyişiklik; “Hərbi vəziyyət haqqında” qanun layihəsinin müzakirəsi (1-ci oxunuşda); ““Əmək ordeni”nin təsis edilməsi ilə əlaqədar Azərbaycan Respublikasında orden və medalların təsis edilməsi haqqında” qanunda dəyişiklik ( “Əmək ordeni” yaradılır); “Azərbaycan Respublikası hökuməti ilə Almaniya Federativ Respublikası hökuməti arasında diplomatik nümayəndəlik və ya konsulluq əməkdaşlarının ailə üzvlərinin ödənişli əmək fəaliyyəti haqqında” sazişin təsdiq edilməsi; “Serbiya Respublikasında avtomobil magistralının bir hissəsinin tikintisinin maliyyələşdirilməsi üçün borcverən qismində çıxış edən Azərbaycan Respublikası hökuməti borcalan qismində çıxış edən Serbiya Respublikası hökuməti arasında 2012-ci il 2 fevral tarixində imzalanan kredit sazişində dəyişiklər edilməsi haqqında” sazişin təsdiq edilməsi barədə qanun layihəsi. Ağa AKİFOĞLU[right][/right] Geri dön |