Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyə prezidenti: “Suriya ərazisinə Əsədin hökmranlığına son qoymaq üçün girmişik”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Türkiyə prezidenti: “Suriya ərazisinə Əsədin hökmranlığına son qoymaq üçün girmişik”

Türkiyə prezidenti: “Suriya ərazisinə Əsədin hökmranlığına son qoymaq üçün girmişik”


“Biz başqa məqsədlə deyil, dövlət terroru həyata keçirən zalım Bəşər Əsədin hökmranlığına son qoymaq üçün Suriyaya girmişik”.
Bunu Türkiyə Prezdenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Qüds Uğrunda Parlamentarlar Liqasının Birinci İllik Konfransında bildirib.
O deyib ki, indiyə qədər Suriyada bir milyona yaxın insan öldürülüb: "Bu hallar davam edir. Biz səbr etdik, gözlədik, nəhayət, dayana bilmədik. Suriya Azadlıq Ordusu ilə birlikdə ölkəyə girmək məcburiyyətində qaldıq. Türkiyənin Suriya torpaqlarında gözü yoxdur. Həqiqi sahibləri torpağın yiyəsi olmalıdır. Biz prinsipləri qorumaq üçün oradayıq. Yəni ədalətin bərqərar olması üçün Suriyaya girmişik”.
Qeyd edək ki, Türkiyə Suriyada “Fırat kalkanı” (“Fərat qalxanı”) adlı antiterror əməliyyatı keçirir və Suriya Azadlıq Ordusunu dəstəkləyir.

Geri dön