Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan Respublikasının Tehrandakı səfiri Cavanşir Axundov yenidən İran Xarici İşlər Nazirliyinə çağırılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Azərbaycan Respublikasının Tehrandakı səfiri Cavanşir Axundov yenidən İran Xarici İşlər Nazirliyinə çağırılıb

Azərbaycan Respublikasının Tehrandakı səfiri Cavanşir Axundov yenidən İran Xarici İşlər Nazirliyinə çağırılıb


Martın 17-də Azərbaycan Respublikasının Tehrandakı səfiri Cavanşir Axundov yenidən İran Xarici İşlər Nazirliyinə çağırılıb.
İranın “Fars” agentliyi bildirir ki, görüşdə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin İranın rəsmi qurumlarından birinə (İran İnqilab Keşikçiləri Korpusu ( “Sepah”) nəzərdə tutulur – red.) qarşı irəli sürdüyü ittihamlara etiraz ifadə edilib.

İran rəsmiləri qeyd ediblər ki, Azərbaycan hökumətinin bu hərəkəti 10 gün əvvəl Naxçıvanda keçirilən iclasda hər iki ölkənin xarici işlər nazirlərinin, eləcə də Azərbaycan müdafiə nazirinin Tehran səfərində əldə etdiy razılıqlara ziddir.

Görüşdə həmçinin “sionist rejimi”nin müxtəlif ölkələrdə İrana qarşı oxşar ittihamlar irəli sürdüyü vurğulanıb, qardaş və dost Azərbaycanın bu “kimi oyunlara girməsinin” narahatlığa səbəb olduğu bildirilib.

Azərbaycan Respublikası hökumətinin İranla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayan Cavanşir Axundov İranın bu narahatlığını təmsil etdiyi hökumətə çatdıracağını söyləyib.

Martın 14-də Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi “Sepah”la əməkdaşlıqda günahlandırılan, Azərbaycanın dövlət təhlükəsizliyi zərərinə casusluq etməklə dövlətə xəyanətdə təqsirli bilinən 22 nəfəri həbs etdiyi barədə məlumat yayıb

Geri dön