Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > ATATÜRKÜN doğulduğu şəhərdə novruz bayramı tədbiri
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Türk dünyası-Turan > ATATÜRKÜN doğulduğu şəhərdə novruz bayramı tədbiri

ATATÜRKÜN doğulduğu şəhərdə novruz bayramı tədbiri


Yunanıstanın Saloniki şəhərində Novruz bayramı münasibətilə tədbir keçirilib
Azərbaycanın Yunanıstandakı səfirliyinin dəstəyi və Yunanıstanın Saloniki şəhərində təhsil alan azərbaycanlı tələbələrin iştirakı ilə bu şəhərdə Novruz bayramı münasibətilə tədbir keçirilib.

Səfirlikdən verilən məlumata görə, tədbirdə Saloniki şəhərində fəaliyyət göstərən ali təhsil ocaqlarının müəllim və tələbə heyəti ilə yanaşı, Azərbaycan diasporunun üzvləri, diplomatik korpusun və işgüzar dairələrin nümayəndələri iştirak ediblər.
Tədbirdə qonaqları giriş sözü ilə salamlayan Azərbaycanın Yunanıstandakı səfirliyinin konsulu Anar Məmmədov Novruz bayramı haqqında məlumat verib. Sonra azərbaycanlı tələbələr tərəfindən ölkəmizin mədəniyyəti, turizm imkanları, həmçinin Novruz bayramına dair təqdimatlar keçirilib. Təqdimatlarla yanaşı, tələbələr tərəfindən milli rəqslər, mahnılar ifa olunub və Novruz bayramına dair kiçik səhnəcik nümayiş etdirilib.
Həmçinin, tədbirdə qonaqlara milli mətbəx nümunələri təqdim olunub

Geri dön