Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > ADA Universitetinin tələbələri arasında velosiped yarışı təşkil olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Gənclik, İdman > ADA Universitetinin tələbələri arasında velosiped yarışı təşkil olunub

ADA Universitetinin tələbələri arasında velosiped yarışı təşkil olunub


Azərbaycan Velosiped İdmanı Federasiyası və ADA Universitetinin birgə təşkilatçılığı ilə Respublika Velotrekində adı çəkilən təhsil müəssisəsinin tələbələri arasında velosiped yarışı təşkil edilib.

Yarışda hər birinin tərkibində 3 oğlan və 1 qız tələbə olan 14 komanda iştirak edib.

Yarış başlamazdan əvvəl tələbələr Respublika Velotrekində idmançılar üçün yaradılan şərait, həmçinin Azərbaycan və dünya velosipedinin tarixini özündə əks etdirən muzeylə tanış olublar.

Estafet sistemi üzrə keçirilən yarışda hər komandanın tərkibində yer alan velosipedçilər 333 metrlik marşrut boyunca dövrə vurublar və ən yaxşı vaxt göstəricisinə əsasən qaliblər müəyyənləşib.

Fərqlənən komandalar Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən diplom və kubokla təltif ediliblər.

Geri dön