Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > ABŞ-da azərbaycanlıların soyqırımının 94-cü ildönümü qeyd olunacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > ABŞ-da azərbaycanlıların soyqırımının 94-cü ildönümü qeyd olunacaq

ABŞ-da azərbaycanlıların soyqırımının 94-cü ildönümü qeyd olunacaq


Əslən azərbaycanlı olan amerikalılar və ABŞ-da yaşayan Azərbaycan vətəndaşları 2012-ci il 31 mart - azərbaycanlıların soyqırımının 94-cü ildönümünü qeyd edəcəklər. Bu barədə cümə günü Azərbaycan-Amerika Şurasının (ААС) məlumatında deyilir.
Daşnak erməni silahlı dəstələri 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə azərbaycanlılara qarşı soyqırımı aktı həyata keçiriblər. Rəsmi mənbələrə əsasən, soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb.
1998-ci ildən başlayaraq Azərbaycanda 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir.

Geri dön