Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Donald Tramp vəzifəyə gəldikdən sonra Barak Obamanın fərmanlarının 70%-ni ləğv etmək niyyətindədir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Donald Tramp vəzifəyə gəldikdən sonra Barak Obamanın fərmanlarının 70%-ni ləğv etmək niyyətindədir

Donald Tramp vəzifəyə gəldikdən sonra Barak Obamanın fərmanlarının 70%-ni ləğv etmək niyyətindədir


ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp vəzifəyə gəldikdən sonra hazırkı dövlət başçısı Barak Obamanın qərarı ilə qüvvəyə minən fərmanların təxminən 70%-ni ləğv etmək niyyətindədir.
Bu barədə D.Trampın keçid komanda üzvü, Konqresin Nümayəndələr Palatasının keçmiş sədri Nyut Qinqriç "Fox News"a müsahibəsində bildirib.
Respublikaçı qeyd edib ki, bunun üçün səviyyəli vəkillər komandasının işi tələb olunur.
N.Qinqriç B.Obamanın siyasətini tənqid edib. O, hazırkı prezidentin təşəbbüsü olan səhiyyə sahəsindəki islahatları xüsusi vurğulayıb.

Geri dön