Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Müasir kitabxanada Azərbaycan həmrəyliyi: sərbəst elektron resurslar və milli rəqəmsal yaddaş” mövzusunda tədbir keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > “Müasir kitabxanada Azərbaycan həmrəyliyi: sərbəst elektron resurslar və milli rəqəmsal yaddaş” mövzusunda tədbir keçirilib

“Müasir kitabxanada Azərbaycan həmrəyliyi: sərbəst elektron resurslar və milli rəqəmsal yaddaş” mövzusunda tədbir keçirilib


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) 2016-cı ilin yekunlarına və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş “Müasir kitabxanada Azərbaycan həmrəyliyi: sərbəst elektron resurslar və milli rəqəmsal yaddaş” mövzusunda tədbir keçirilib.

Tədbirdə elmi təşkilatın direktoru Leyla İmanova “Mərkəzi Elmi Kitabxananın 2016-cı il üzrə fəaliyyəti: Dünya Azərbaycanlılarının Həmrəyliyinə verdiyi töhvə” mövzusunda təqdimatla çıxış edib. Leyla İmanova kitabxananın cari ildə təşkilati sahədə həyata keçirdiyi tədbirlərdən və əldə olunan mühüm nailiyyətlərdən söz açaraq bildirib ki, qurumun fəaliyyəti milli dəyərlərin qorunmasına, Azərbaycanın bey­nəl­xalq aləmə fəal inteqrasiyasına istiq­a­mət­­lənib.
“Müasir kitabxanada Azərbaycan həmrəyliyi: sərbəst elektron resurslar və milli rəqəmsal yaddaş” mövzusunda tədbir keçirilib


Leyla İmanova MEK-in İdarə Heyətinin 2016-2019-cu illər üçün müəyyən edilmiş məramı və strateji hədəflərindən danışıb. Birldirib ki, bu hədəflər əsasən Vahid İdarəetmə Sistemi platformasının bütün komponentlərinin tam hazırlanıb istifadəyə verilməsi, Milli Rəqəmsal Yaddaşın qeydiyyatı, rəqəmsallaşdırma və qorunub saxlanılma proseslərinin işlək səviyyəyə gətirilməsi, peşəkar heyətin formalaşdırılması və informasiya təhlükəsizliyinin təmin olunmasından ibarətdir.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli MEK-in 2016-cı ildəki fəaliyyətini təqdirəlayiq hesab edib. Akademik MEK-in xarici ölkələrin elmi kitabxanaları ilə əlaqələrini, Milli Rəqəmsal Yaddaşın formalaşdırılması, elektron idarəetmə sisteminin qurulması və fondların nizamlanması sahəsində görülən işləri, eləcə də kitabxananın elmi-ideoloji tədbirlərin həyata keçirilməsi istiqamətində əhəmiyyətli layihələrini yüksək dəyərləndirib.

Akademik İsa Həbibbəyli hesabatın yeni formatda – strateji hədəflər daxilində əldə edilmiş nəticələr üzərində qurulmasını mühüm addım olaraq vurğulayıb. MEK-in fəaliyyətinin AMEA fəaliyyət səviyyəsi ilə bərabər əhəmiyyətli olduğunu qeyd edib. “İnsan resurslarının inkişafı” strateji hədəf çərçivəsində əldə edilmiş nailiyyətləri, müasir, peşəkar, azərbaycançı və dövlətçi mütəxəssislərin MEK heyətində yer almasını, kitabxananın vikipediyaçılar komandasının əldə etdiyi uğurları respublika miqyasında Vikipediya sahəsində aparılan tədbirlərə töhfə kimi qiymətləndirib.

Daha sonra MEK-in Sərbəst elektron resurslarla iş bölməsinin rəhbəri Elnur Hüseynov və mütəxəssislər – Günay Məmmədova, Tural Əliyev və Nihat Vəlizadə çıxış ediblər.

Bildirilib ki, Vikipediya elektron ensiklopediyasının Azərbaycanca dil bölməsində məqalələrin yerləşdirilməsi və redaktə edilməsi artıq sistem şəklini alıb. Qeyd olunub ki, MEK əməkdaşları və onların təlim keçdiyi iştirakçılar tərəfindən Vikipediyada Azərbaycan Milli Ensiklopediyasından məqalələrin yerləşdirilməsi işi davam etdirilir və son iki ay ərzində 300-ə yaxın məqalə yerləşdirilib.

Tədbirin sonunda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), professor Elmira Süleymanovanın adından Ombudsman aparatının əməkdaşı Ziba Məmmədova “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununun 15-ci ildönümü münasibətilə, habelə mədəni hüquqların təbliği, elm və yaradıcılıq potensialının inkişafı sahəsində səmərəli əməkdaşlığına görə MEK-in direktoru Leyla İmanovaya Ombudsmanın Fəxri Fərmanı və Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirən xatirə medalını təqdim edib.


AMEA Mərkəzi Elmi Kitabxana
İctimaiyyətlə Əlaqələr bölməsi

Əlaqə:

(012) 539-73-67 (daxili 12-12)
info@mek.az

Geri dön