Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > ATƏT-in Minsk qrupunun ABŞ-dan olan müvəqqəti həmsədrinin adı açıqlanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > ATƏT-in Minsk qrupunun ABŞ-dan olan müvəqqəti həmsədrinin adı açıqlanıb

ATƏT-in Minsk qrupunun ABŞ-dan olan müvəqqəti həmsədrinin adı açıqlanıb


Riçard Hoqland 2017-ci ilin yanvar ayından ATƏT-in Minsk qrupunun ABŞ-dan olan müvəqqəti həmsədri təyin olunacaq.
Ermənistan KİV-i xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, o, bu vəzifədə vasitəçilik fəaliyyəti dekabrın 31-də başa çatacaq Ceyms Uorliki əvəz edəcək.
R.Hoqland 30 illik diplomatik təcrübəyə malikdir. O, 2003-2006-cı illərdə ABŞ-ın Tacikistandakı, 2008-2011-ci illərdə Qazaxıstandakı səfiri olub, 2011-2013-cü illərdə isə ölkəsinin Pakistandakı səfirinin müavini kimi çalışıb.

Geri dön