Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyənin baş naziri: "Bu gün ən böyük zərurət Konstitusiyaya dəyişikliklər edilməsidir"
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Türkiyənin baş naziri: "Bu gün ən böyük zərurət Konstitusiyaya dəyişikliklər edilməsidir"

Türkiyənin baş naziri: "Bu gün ən böyük zərurət Konstitusiyaya dəyişikliklər edilməsidir"


"Türkiyə Konstitusiyasına dəyişikliklər edilməsi məsələsi hələ də gündəmdədir".
Bunu Türkiyənin baş naziri Bineli Yıldırım deyib.
Onun sözlərinə görə, ölkə Konstitusiyasına dəyişiklik edilməsinə ehtiyac var: "Ölkədə terror aktları törədilən zamanda bəziləri bu dəyişikliklərin nəyə lazım olduğunu, nə üçün dəyişiklikləri dəstəklədiyimizi soruşur. Bütün bunlar tələdir. Bu gün ən böyük zərurət Konstitusiyaya dəyişikliklər edilməsidir. 15 iyul hadisələri zamanı zəif hökumət olsaydı, ölkənin halı necə olardı?! Yeni çevrilişlər olar, ölkə bir neçə il əvvələ qayıdardı".
B.Yıldırım bildirib ki, Türkiyənin ətrafı bu gün "yanar həlqə"ni xatırladır. O, Türkiyənin ətrafındakı yanğını söndürməyə səy göstərdiyini, eyni zamanda ayaqda qalmağa çalışdığını əlavə edib: "Bunun üçün güclü hökumətə malik olmaq lazımdır. Yeni Konstitusiya bizə bunu etməyə imkan verəcək".

Geri dön