Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Saakaşvili ona dərhal Gürcüstana gəlmək hüququnun verilməsini tələb edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Saakaşvili ona dərhal Gürcüstana gəlmək hüququnun verilməsini tələb edib

Saakaşvili ona dərhal Gürcüstana gəlmək hüququnun verilməsini tələb edib


Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Tbilisinin keçmiş meri Gigi Uqulavanın "qanunsuz həbs"dən azad olunmasını alqışlayıb və xalqla görüşmək üçün ona dərhal Gürcüstana gəlmək hüququnun verilməsini tələb edib.
Bu barədə o, öz "Facebook" səhifəsində yazıb.
"Mən şadam ki, o (Uqulava) Milad bayramını öz uşaqları və dostları ilə qeyd edəcək... biz ondan digər siyasi məhbusların dərhal azad olunmasını və mənə dərhal xalqla görüşmək və yanvarın 20-də "Vahid Milli Hərəkat"ın qurultayında iştirak etmək üçün Gürcüstana gəlmək hüququnun verilməsini tələb etməliyik", - deyə M.Saakaşvili qeyd edib.

Geri dön