Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bakı Musiqi Akademiyasının opera studiyasının üzvləri konsert proqramı ilə çıxış edəcəklər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Afişa > Bakı Musiqi Akademiyasının opera studiyasının üzvləri konsert proqramı ilə çıxış edəcəklər

Bakı Musiqi Akademiyasının opera studiyasının üzvləri konsert proqramı ilə çıxış edəcəklər


Yanvarın 16-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının opera studiyasının üzvləri konsert proqramı ilə çıxış edəcəklər.

Akademiyanın mətbuat xidmətindən bildirilib ki, konsert proqramı “Baku Opera Art” layihəsi çərçivəsində gerçəkləşəcək. Layihənin məqsədi Azərbaycanda opera sənətinin inkişafını dəstəkləməkdən ibarətdir. Təqdim olunan bir sıra operalardan hissəciklərlə yanaşı, 40 ildən çoxdur səhnələşdirilməyən Ş.Qunonun “Faust” operasından bütöv akt nümayiş olunacaq. Həmçinin, konsertdə Xalq Artisti Gülbacı İmanovanın bədii rəhbərliyi ilə opera studiyasının kollektivi xor nömrələri səsləndirəcək.

Konsertin bədii rəhbəri BMA-nın rektoru, Xalq Artisti Fərhad Bədəlbəylidir.

Geri dön