Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Dövlət Pantomima Teatrında “Katarsis” nümayiş olunacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Afişa > Dövlət Pantomima Teatrında “Katarsis” nümayiş olunacaq

Dövlət Pantomima Teatrında “Katarsis” nümayiş olunacaq


Yanvarın 14 və 15-də Azərbaycan Dövlət Pantomima Teatrında “Katarsis” tamasası təqdim olunacaq.

Tamaşanın ssenari müəllifi Əməkdar Artist Nargilə Qəribovadır. Səhnə əsərində rəsmlərin quruluşu teatrın baş rəssamı Sənubər Səmədovaya, musiqi tərtibatı isə Nargilə Qəribovaya məxsusdur.

Qeyri-adi üslubda hazırlanan tamaşada dünya ilə insan münasibətlərinin yozumundan danışılır.

Xronometrajı 40 dəqiqə olan səhnə əsərində qəhrəmanların mənsur poetik parçalar şəklində təzahür edən daxili monoloqlarının növbə ilə səsləndirilməsi canlanır.

Qeyd edək ki, səhnə əsərinin premyerası 2013-cü ildə baş tutub.

Geri dön