Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Kanallar efirlərini gic-gic verilişlərlə doldururlar”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > “Kanallar efirlərini gic-gic verilişlərlə doldururlar”

“Kanallar efirlərini gic-gic verilişlərlə doldururlar”


“Televiziya kanalları Milli Məclisin iclasının yalnız birinci hissəsini çəkməyə gəlirlər. Gəlirlər görək ki, kim-kiminlə dalaşacaq. Onları qalmaqallar maraqlandırır. Efirlərini gic-gic verilişlərlə doldururlar”.

Bu fikirləri Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında parlamentin I vitse-spikeri Ziyafət Əsgərov deyib.
“Ancaq yaxşı olardı ki, onlar Milli Məclisdə müzakirə edilən, qəbul olunan qanunların izahatı, təbliği ilə məşğul olsunlar. Bəzən qanunlarımızın dili ağır olur, onları heç də hamı başa düşə bilmir. Televiziya jurnalistləri bu məsələyə fikir versələr, yaxşı olar” – deyə o qeyd edib.

Geri dön