Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > ABŞ: "İranın çox az vaxtı qalıb"
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > ABŞ: "İranın çox az vaxtı qalıb"

ABŞ: "İranın çox az vaxtı qalıb"


Ağ ev Tehrana xəbərdarlıq edib ki, beynəlxalq ictimaiyyətin nüvə proqramı ilə bağlı tələblərinə cavab vermək üçün vaxtı məhduddur. “İranla Qərb arasında danışıqlar üçün vaxt sonsuz deyil”, - Ağ evin mətbuat katibi Cey Karni bildirib. Onun sözlərinə görə, bununla belə, diplomatik nizamlama üçün hələ kifayət qədər vaxt var və İstanbulda gözlənilən danışıqlar mühüm əhəmiyyət daşıyır.

Cey Karni qeyd edib ki, Tehran bütün dünyanın BMT-nin İran tərəfindən pozulan qərarlarını yerinə yetirdiyini anlamalıdır: “Bizim mövqeyimiz aydındır. İran beynəlxalq öhdəliklərini yerinə yetirməli və uranın zənginləşdirilməsini dayandırmalıdır”.

Ötən gün İranın atom enerjisi agentliyinin rəhbəri Firudin Abbasi bəyan edib ki, İran yalnız öz ehtiyacları üçün uranı 20 faizədək zənginləşdirəcək. Məlumatı İRNA dövlət agentliyi yayıb.

Geri dön