Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Əhməd Qəşəmoğlu: "Təhsilimizdə ancaq geriləmə var"
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > Əhməd Qəşəmoğlu: "Təhsilimizdə ancaq geriləmə var"

Əhməd Qəşəmoğlu: "Təhsilimizdə ancaq geriləmə var"


Təəssüf ki, indi təhsilimizin vəziyyəti arzu olunan səviyyədən çox uzaqdır. Bunu təhsilin təşkilinə cavabdeh olan qurumlar da təsdiq edir. Əslində bizim təhsil sistemimiz tam başqa cür olmalı idi.

Bu sözləri Ahəngyolu nəzəriyyəsinin yaradıcısı, Azərbaycanın tanınmış sosioloq alimi, professor Əhməd Qəşəmoğlu təhsilimizin inkişaf səviyyəsini şərh edərkən bildirib.
"Təhsil sisteminin qarşısında duran əsas məqsəd əhalinin həm intellektal, həm mənəvi, həm də öz faəaliyyətində peşəkar olaraq inkişaf etməsinə və bununla ölkənin tərəqqisində mühüm rol oynamasına çalışmaq olmalıdır. Amma təəsüf ki, bu məslələrdə nəinki irəliləyiş var, əksinə geriləmə var. 40-50 il bundan əvvəl təhsilə maraq indikindən qat-qat artıq idi və təhsil sistemi də daha mükəmməl işləyirdi. Bunun günahını dərhal Təhsil nazirliyində axtarmaq özü ədalətsizlikdlr. Bu məsələlər təkcə bir nazirliyin gücü daxilində deyil. Məsələyə kompleks baxmasaq bu acinacaqlı vəziyyətdən çıxmaq olmaz. Mən özüm müxtəlif aditoriyalarda dərs deyirəm. Tələbəni, şagirdi təhsildən soyudan xeyli amillər var. Təcili tədbirlərin görülməsinə böyük ehtiyac var. Bu sahədə ciddi Tərəqqi Konsepsiyası, Fəaliyyət Proqramı, yeni qanun layihəsi və s. hazırlanmalı və ciddi olaraq həyata keçirilməlidir. Təhsil sisteminin əsas təyinatı ölkənin Tərəqqi sahəsindəki Fəaliyyət Proqramlarında vacib sayılan göstəricilər üzrə hertərəfli olaraq olduqca yuksək səviyyəli mütəxəssislər hazırlamaqdır"-deyə, tanınmış alim qeyd edib.

Elnur Eltürk

Geri dön