Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev Rasim Gənzəlini təbrik edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasi partiyalar, Bildiriş > Fərəc Quliyev Rasim Gənzəlini təbrik edib

Fərəc Quliyev Rasim Gənzəlini təbrik edib


Bu gün Milli Dirçəliş Hərəkatı Partiyasının sədrinin humanitar məsələlər üzrə müşaviri, yazıçı-publisist Rasim Gənzəlini 55 yaşı tamam olur. Bu münasibətlə partiya sədri, millət vəkili Fərəc Quliyev partiyadaşları adından Rasim Gənzəlini təbrik edib. Təbrikdə deyilir:

“Rasim Gənzəli ilk öncə bəşəri və mənəvi düşüncəsi, yüksək alicənablığı, ziyalı təfəkkürü, milli ideoloji baxışları, mübarizliyi və ədəbi yaradıcılığı ilə böyük hörmətə sahibdir.
Fiziki məhdudiyyətinə baxmayaraq, hələ uşaqlığı və gəncliyində fərdi olaraq orta və ali təhsilə yiyələnməsi, onun həyata baxışının nə qədər dolu və dərin olmasını, eyni zamanda daxili inam və mübarizliyinin göstəriciləri idi. Bu mübarizlik onun bütün həyatı boyu müşahidə olunmaqdadır. Ötən əsrin sonlarında Sovet İmperiyasına qarşı başlanmış Azadlıq Hərəkatında da Rasim bəy öz aktiv fəaliyyəti ilə seçilirdi. 1990-cı ildə 20 Yanvar faciəsindən sonra Sovet hökuməti Azərbaycana dəmir yolu ilə bağlı blokada tətbiq edən zaman o, “Azadlıq” radiosu vasitəsiylə bu barədə dünyanı məlumatlandırmaq üçün bəyanatla çıxış etmişdir. Bundan əlavə Rasim bəy hadisələrlə bağlı cəmiyyəti məlumatlandırmaq üçün mütamadi olaraq mətbuatda dolğun məqalələr dərc etdirirdi.
Bəşəri düşüncə və milli mənəvi dəyərlərin təbliği istiqamətində Rasim bəy yorulmadan çalışan bir insandı. Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Rasim Gənzəlinin 600-dən çox publisistik yazıların və 10 kitabın müəllifidir.
Bunlardan əlavə Rasim bəy millətin dirçəlişi naminə daim siyasi fəaliyyətdə olan bir düşüncə adamı kimi tanınır. Hazırda Milli Dirçəliş Hərəkatı Partiyasında sədrin humanitar məsələlər üzrə müşaviri kimi fəaliyyət göstərən Rasim bəy, partiyada olduqca dəyərli fəaliyyət sərgiləyir. Bununla da Rasim bəy bütün partiyadaşları tərəfindən böyük hörmət və dərin sayğıyla qarşılanır.
Rasim Gənzəli nəinki partiyadaşları və ideyadaşları üçün, eyni zamanda bütün onu tanıyanlar, fəaliyyəti və yaradıcılığı ilə tanış olanlar üçün böyük ürəyə sahib dəyərli bir şəxsiyyətdir.
Bu sadaladığlarım isə bizə görə Rasm bəyin ömrünün arxada qoyduğu illərdə qazandığı ən böyük dəyərlərdir. Bu gün Rasim Gənzəlinin doğum günün qeyd etmək bizə böyük sevinc nəsib edir. MDHP üzvləri adından mücadilə dostumuz Rasim bəyi doğum günü və mənalı həyatı münasibətiylə təbrik edir, ona sahib olduğu dəyərlərin daim zənginləşməsini, mübariz fəaliyyətində uğurlar arzulayır, zəfər sevincini yaşamağı diləyirik!”



Geri dön