Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > TARİXDƏ BU GÜN - 9 FEVRAL
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Qərbi Azərbaycan-İrəvan > TARİXDƏ BU GÜN - 9 FEVRAL

TARİXDƏ BU GÜN - 9 FEVRAL


1924–cü il. Azərbaycanın tərkibində Naxçıvan Muxtar Respublikası yaranıb. Naxçıvanın muxtariyyəti ilk dəfə 1918-ci ilin noyabrında, ermənilərin bölgəyə hücumları zamanı elan olunmuşdu. Həmin dövrdə Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti bölgəyə kömək etmək imkanında deyildi və Naxçıvanda Araz Türk Cümhuriyyəti elan edildi. Bolşeviklərin hakimiyyətə gəlməsindən sonra Türkiyənin dəstəyi ilə Naxçıvanın muxtariyyəti saxlanıldı. 1921-ci ilin Moskva və Qars müqavilələri bölgənin Azərbaycanın ayrılmaz hissəsi (Naxçıvan SSR) olduğunu təsbit etdi. 1923-cü ildə Naxçıvan Muxtar Diyarı adlanıb, 1924-cü il fevralın 9-da muxtar respublika (Naxçıvan MSSR) statusu alıb. 1990-cı il noyabrın 17-dən Naxçıvan Muxtar Respublikası adlanır. Sovetləşmədən sonra Naxçıvan ərazisinin bir qismi (o cümlədən Şərur-Dərələyəz bölgəsi) Ermənistana verilib. Hazırda Naxçıvan MR-in ərazisi (5,5 min kvadratkilometr) Naxçıvan şəhəri və 7 inzibati rayondan (Babək, Kəngərli, Culfa, Ordubad, Sədərək, Şahbuz, Şərur) ibarətdir.

Geri dön