Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Erməni idmançısını məğlub edən həmyerlimiz
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gənclik > Erməni idmançısını məğlub edən həmyerlimiz

Erməni idmançısını məğlub edən həmyerlimiz


İdmançılarımızın Gürcüstan qələbəsi

2 oktyabr tarixində Gürcüstanın Tbilisi şəhərində “Free fighting” Federasiyasının təşkilatçılığı ilə beynəlxalq turnir keçirilib. Turnirdə Gürcüstan, İran, Ermənistan, o cümlədən, Azərbaycan idmançıları iştirak edib.
Azərbaycanı təmsil edən “Cənub” və “Qartal” idman klubunun yetirmələri vətənin bayrağını zirvələrə qaldırıb. Ən önəmlisi isə “Qartal” klubunun yetirməsi Rüstəm Rüstəmlinin düşmən ölkənin təmsilçisi ermənini məğlub etməsi olub.
Belə ki, turnirdə “Cənub” idman klubunun üç təmsilçisi birinci yer - Samir Həsənov, Musatafayev Paşa, Bağırov Kamran, bir təmsilçi - Allahverdiyev Niyaməddin üçüncü yer ilə kifayətlənib. “Qartal” idman klubunun isə dörd nəfər birinci yer - Rüstəmli Rüstəm, Babayev Musa, Rüstəmli Məhəmməd, Məmmədli Sönməz, bir təmsilçi - Mütəllibov Naib üçüncü yerə yüksəlib. Ümumilikdə isə “Lou kick” sistemi üzrə hər iki komanda birinci yerə sahiblənib.
Samir Həsənovun qəzetimizə verdiyi məlumata görə, idman sahəsində bacardıqları qədər vətənpərvərliyin təbliği ilə məşğul olurlar. “Bu yaxınlarda Milli Qərəmanımız Mübariz İbrahimov adına turnir təşkil etdik. Bildiyiniz kimi, qarşıdan 18 oktyabr Müstəqillik Günü bayrımız gəlir. Bu münasibətlə 23 oktyabr tarixində Nəsimi rayonu ərazisində Macarıstanda həbsdə olan Ramil Səfərovun adına yeni zalımızın açılışı olacaq. Və bayram turniri təşkil olunacaq. Hər bir fəaliyyətimizdə çalışırıq ki, vətənə daha çox fayda verək” - deyə bildirib.
Biz də idmançılarmızı qazandığı uğur münasibətilə təbrik edirik.

Geri dön