Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranlı ayətullah Azərbaycan prezidentinə mesaj göndərdi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > İranlı ayətullah Azərbaycan prezidentinə mesaj göndərdi

İranlı ayətullah Azərbaycan prezidentinə mesaj göndərdi


İranın nüfuzlu din xadimlərindən biri, Nuri Həmədani Azərbaycandan getmiş bir qrup din alimləri ilə görüşüb.

İrna.ir saytının xəbərinə görə, görüş zamanı o, Azərbaycan prezidentinə müraciətlə “insanların tələbələrinin dəstəklənməsinin vacibliyini” bildirib.

Bildirilir ki, ayətullah Həmədani Azərbaycandan getmiş din xadimləri ilə görüşündə müsəlmanları birliyə və ayıq-sayıqlığa çağırıb. O, İslamda şəhidliyi və cihadın mühümlüyünü də ön plana çıxarıb. Ayətullah Azərbaycan prezidentinə müraciətlə bildirib ki, insanları məyus edən sistem məğlubiyyətə məhkumdur. O, İslam aləminin missiyasının mühümlyü haqda danışıb və deyib ki, belələri həmişə insanların sığınacaq yeri olublar. “Əgər inqilablarda alimlərin rolu mühüm olmasaydı, bu gün İslamın izi də qalmazdı. Biz alimlərin repressiv (sərkubgər) hakimiyyətlərə qarşı mübarizədə səylərini dəstəkləməli, onların ideyalarının həyata keçirilməsinə çalışmalıyıq”- deyə ayətullah bildirib.

N. Həmədani İrandakı İslam inqilabında Xomeyninin rolunu da xatırladıb. O, Yaxın Şərqdə baş verən dəyişikliklərdən də danışıb və bildirib ki, Səudiyyə Ərəbistanın, Bəhreynin, İordaniyanın digər bu kimi rejimlərin çökməsi qaçınılmazdır. Çünki onların xalq arasında dəstəyi yoxdur.

İranlı ayətullahla görüşdə iştirak edən azərbaycanlı din xadimlərinin adları göstərilmir. Həmçinin onların İrana səfərinin məqsədi barədə məlumat verilmir. Son zamanlar İranla Azərbaycan arasında gərgin olaraq qalan münasibətlər fonunda qonşu ölkədən bir sıra mühafizəkar din xadimləri, ayətullahlar Azərbaycan hakimiyyətinə qarşı kəskin bəyanatlarla çıxış edirlər.

Geri dön