Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ermənistanın sabiq baş naziri prezidenti biabır etdi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Ermənistanın sabiq baş naziri prezidenti biabır etdi

Ermənistanın sabiq baş naziri prezidenti biabır etdi


Ermənistanın sabiq baş naziri Qrant Baqratyan prezident Serj Sarkisyana açıq məktub ünvanlayıb.

Sabiq baş nazir Serj Sarkisyanın çıxışını həqiqətdən kənar adlandırıb: “Mən dövlət tərəfindən aparılan siyasətə müdaxilə etmək niyyətində deyiləm. Lakin iqtisadi rəqəmlərə münasibət bildirmək istərdim. Serj Sarkisyan deyir ki, büdcəni 4 milyard dollara çatdıracaq. Amma onun işlədiyi 3 il ərzində 2,5 milyardlıq büdcə 2 milyard olub. Bu da onların göstəricisi. 2011-ci ildə orta aylıq əmək haqqı Ermənistanda 280 dollar olub ki, Gürcüstanda bu göstərici 318 dollar, Azərbaycanda isə 400 dollardır. Bununla yanaşı, 1996-cı ildə Ermənistanda orta aylıq əmək haqqı Gürcüstanda 1,7 dəfə artıq, Azərbaycandan isə 1,2 dəfə artıq idi. Son 3 ildə hökumət əvvəlki 15 illə müqayisədə daha çox kredit götürüb. Hazırda Ermənistanın dövlət borcu 4,2 milyard dollardır. 2013-cü ildə 500 milyon, 2014-cü ildə isə 700 milyon dollar borc qaytarmalıyıq. 2013-cü ildə biabırçı durumla qarşı-qarşıya qalacağıq. Bu halda yenidən ruslardan borc almalı olacağıq”.

Keçmiş baş nazir vurğulayıb ki, son 3 ildə Ermənistanın xarici borcu 2,5 dəfə artıq olub: “Növbəti ildə isə xarici borclar üçün ayrılan pul hərbi xərcləri keçəcək.”

Geri dön