Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Biz “Soros-şou”da təşkilatçı və yaxud iştirakçı ola bilmərik.
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Biz “Soros-şou”da təşkilatçı və yaxud iştirakçı ola bilmərik.

Biz “Soros-şou”da təşkilatçı və yaxud iştirakçı ola bilmərik.


Aprelin 8-də “İctimai Palata” adlandırılan qurumun keçirdiyi mitinqdə guya Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyasının (AzMDEP) və onun sədrinin iştirak etməsi barədə həqiqətdən uzaq məlumatlar yayılmışdır. AzMDEP-dən davam.az-a daxil olan məlumata görə, partiya aşağıdakıları bəyan edir:

1. AzMDEP qeyd olunmuş mitinqin təşkilatçısı və iştirakçısı kimi çıxış etməmişdir.
2. AzMDEP milliyyətçilik və dövlətçilik amalından irəli gələrək, Türk Dünyasında “sorosçu” kimi tanınmış və ermənipərəst əcnəbi qüvvələrin marionetlərinin təşkil etdiyi hər hansı bir tədbirdə iştirak etmir və etməyəcəkdir.
3. AzMDEP bildirir ki, həqiqi milliyyətçilər, Millət yolunda şəhidlik ülküsünə (bozqurdçuluğa) sadiq vətənpərvərlər yad millətlərin strateji siyasi fondlarının sifarişi ilə təşkil olunan hər hansı bir “Soros-şou”da təşkilatçı və yaxud iştirakçı ola bilməz.
4. Həmin mitinqin sorosçu təşkilatçıları AzMDEP-in adından, Bozqurd simgəsindən istifadə etməklə Azərbaycan cəmiyyətinin və Türk Dünyasındakı türkçü-turançı kəsimin rəğbətini qazanmaq və ucuz şoularına ciddi don geyindirmək məqsədi güdmüşlər.
5. XXI əsrdə ermənipərəst yad millətlərin birliyinə “inteqrasiya” adı ilə millətimizə yeni qul psixologiyasını aşılayanların arxasınca sürünən psevdo”millətçi”, psevdo”bozqurdçu” elementlərin AzMDEP-in gerçək milliyyətçi və bozqurdçu amalına qarşı yönəlmiş təxribatları iflasa məhkumdur.

Geri dön