Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > ABŞ Rusiyanı Abxaziya və Cənubi Osetiyanın "müstəqilliyi"ni tanımaqdan imtina etməyə çağırıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət, Borçalı > ABŞ Rusiyanı Abxaziya və Cənubi Osetiyanın "müstəqilliyi"ni tanımaqdan imtina etməyə çağırıb

ABŞ Rusiyanı Abxaziya və Cənubi Osetiyanın "müstəqilliyi"ni tanımaqdan imtina etməyə çağırıb


ABŞ Konqresi Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyən qətnaməni təsdiq edib. Gürcü mətbiatının məlumatına görə, qətnamənin təsdiqinin lehinə 410, əleyhinə isə 6 səs verilib. Sənədə əsasən, ABŞ heç bir halda Gürcüstanın hər hansı bir hissəsinə Rusiyanın de-fakto nəzarətini tanımır.

Qətnamə Rusiyanın Gürcüstana hərbi müdaxiləsini və onun ərazilərinin işğalını və eyni zamanda işğal xətti boyunca Rusiyanın qanunsuz hərəkətlərini pisləyir.

Qətnamə, həmçinin Rusiyanı Gürcüstan əraziləri olan Abxaziya bölgəsi və Sxinvali rayonunun "müstəqilliyi"ni tanımaqdan və bölgədə yürütdüyü siyasətdən imtina etməyə çağırıb.

Sənəddə konqresmenlər Amerikanın Gürcüstanla müdafiə və təhlükəsizlik sahələrində sıx əməkdaşlıq etməsinin vacibliyini qeyd ediblər.

Geri dön