Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Rusiyalı ekspert: “Azərbaycanın İsraildən əldə etdiyi silahlar İrana qarşı yönəlməyib, Dağlıq Qarabağ müharibəsi üçün alınıb”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Rusiyalı ekspert: “Azərbaycanın İsraildən əldə etdiyi silahlar İrana qarşı yönəlməyib, Dağlıq Qarabağ müharibəsi üçün alınıb”

Rusiyalı ekspert: “Azərbaycanın İsraildən əldə etdiyi silahlar İrana qarşı yönəlməyib, Dağlıq Qarabağ müharibəsi üçün alınıb”


“İstanbulda İranla “altılıq” ölkələri arasında keçirilən müzakirələr İran diplomatiyasının zəfəri, Qərbin isə məğlubiyyətidir”.

Bunu “RİA Novosti” beynəlxalq informasiya agentliyində İranla “altılıq” ölkələri arasında aparılan İstanbul danışıqlarına həsr olunan tədbirdə Müasir İranı Öyrənən Mərkəzin baş direktoru, politoloq Rəcəb Səfərov deyib. O bildirib ki, müzakirələrdə İran tərəfindən yeni bir təklif səslənməyib: “Bu gün nə ABŞ-a, nə də Avropaya İranla müharibə sərf eləmir. Barak Obamaya seçkiqabağı belə bir konflikt lazım deyil. Avropada isə iqtisadi böhran hökm sürür, İranla müharibə böhranı daha da dərinləşdirər. “Altılıq” ölkələri ilə müzakirələr zamanı İran uranın zənginləşdirməsini 20 faizə qədər azaltmağa hazır olduğunu söyləyib və işçi qrupun yaradılması barədə təklif irəli sürüb. Bu qrup İranın nüvə yanacağına nə qədər tələbatının olacağını dəqiq hesablayacaq. Qrupun hesabatı əsasında İran tələbatı qədər nüvə yanacağını istifadə edəcək, qalanını isə ixrac etmək imkanı qazanacaq. İranın digər təklifi isə İsrailin nüvə silahının yayılmaması ilə bağlı beynəlxalq müqaviləni imzalamasıdır. İran Fərdoda yerləşən nüvə obyektini bağlayacağına da söz verib. Artıq Qərbin İrana zərbə endirmək üçün heç bir əsası qalmayıb”.

Rusiya Elmlər Akademiyası Beynəlxalq Təhlükəsizlik Mərkəzinin eksperti Vladmir Yevseyev isə İstanbul danışıqlarının nəticəsinin gözlənilən olduğunu söyləyib. O bildirib ki, İranın danışıqlarda belə təkliflər irəli sürməsinin əsas səbəblərindən biri ölkədə parlament seçkilərində ali dini lider Əli Xamneyi tərəfdarlarının qələbə çalmasıdır: “Hamıya məlumdur ki, İranın indiki hakimiyyəti danışıqlarda necə sərt mövqe tutur”.

V. Yevseyev İsraillə Azərbaycan arasında silah alqı-satqısına dair 1,6 milyard dollarlıq müqaviləni və Azərbaycanın İsrailə öz aerodromlarını verməsi barədə iddiaları da şərh edib. O, Azərbaycanla İsrail arasında silah satışına dair bağlanan müqavilənin İran əleyhinə olmadığını söyləyib: “Azərbaycanın İsraildən aldığı silahlar Dağlıq Qarbağ müharibəsi üçün alınıb. Azərbaycan öz hərbi gücünü möhkəmləndirmək üçün bu silahları alıb. Onun bu silahlardan İrana qarşı istifadə etməsindən söhbət gedə bilməz. Azərbaycanın öz aerodromlarını İsrailə verməsi barədə iddialar gəldikdə isə, düşünmürəm ki, Azərbaycan belə bir addım atsın. Belə bir konflikt Azərbaycana lazım deyil”.

Geri dön