Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Amerikanın nurçulara dəstəyi artır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Amerikanın nurçulara dəstəyi artır

Amerikanın nurçulara dəstəyi artır


Türkiyədə Fetullah Gülenin komandası güclənməkdə davam edir

Davam.az "New York Times"-ə istinadən bildirir ki, 2011-ci ildə dövlət çevrilişi hazırlamaqda ittiham olunan Ahmet Şık-ın “Türkiyəni bürüyən gizli kölgə” adlı kitabı çapdan çıxıb. Bildirilir ki, Fetullah Gülenin hakimiyyəti kənardan idarə edən gizli agentləri Amerikadan aldığı dəstəyi gücləndirib. O, kitabında deyir ki, Fetullah Gülen 11 sentyabrda Amerikada baş vermiş hadisədən sonra “yumşaq islamçı” görünüşü ilə ABŞ-dan dəstək ala bildi. İndi isə Türkiyədə dəstəyi artırmaq üçün özünü islamçıdan çox təhsil fədaisi kimi aparır. İslam dərslərində daha çox riyaziyyat və fizika fənlərinin öyrədilməsinə yer ayırır. Bu da dolayısı ilə idarəetmədə öz yetirmələrini yerləşdirməyə hesablanıb. ABŞ-da Gülenin yetişdirmələrinin universitetlərə qəbulda sıxışdırlması ilə bağlı dünən gedən informasiyanı təkzib edən yazı yayınlayan New York Times qəzetinin bu günkü sayında bildirilir ki, MKİ tərəfindən dəstəklənən Fetullah Gülen "yaşıl kart"ı çox rahatlıqla alıb. Həmin vaxt onu Xarici İşlər Naziri Madlen Olbrayt və Kofe Annan dəstəkləyirdi. İndi isə bu dəstək Ağ Ev səviyyəsindədir.

New York Times-ın bugünkü məlumatından sonra tələbə qəbulu qalmaqalının böyüyəcəyi gözlənilir

Geri dön