Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Milli Şuranın sədr müavini Strasburqda təlim kursunda iştirak edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gənclik > Milli Şuranın sədr müavini Strasburqda təlim kursunda iştirak edib

Milli Şuranın sədr müavini Strasburqda təlim kursunda iştirak edib


Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) sədr müavini Aysun Zeynalova Strasburqda keçirilən “We can” kitabçası üzrə təlim kursunda iştirak edib. Təlimə Avropa Şurasına üzv ölkələrdə fəaliyyət göstərən “Nifrət Nitqinə Yox Hərəkatı” kampaniyasının milli koordinatorları qatılıblar.

ARGTMŞ-dən bildiriblər ki, Milli Şuranın təmsilçisi tədbirin ilk günündə Avropa Şurasının Gənclər Departamenti tərəfindən həyata keçirilən “Nifrət Nitqinə Yox Hərəkatı” kampaniyasının “We can” kitabçasının təqdimatında iştirak edib. Tədbirin növbəti günlərində iştirakçılara kitab haqqında ətraflı məlumat verilib, nəşrin təhlili və mövzu ilə bağlı müzakirələr aparılıb.

“Nifrət Nitqinə Yox Hərəkatı” kampaniyası Avropa Şurası tərəfindən gənclər sektorunda prioritet təşəbbüs kimi reallaşdırılmağa başlayıb. Hərəkat gənclərin onlayn nifrət nitqinə qarşı mübarizə kampaniyasıdır. Gənclər Təşkilatları Milli Şurası 2013-cü ildən “Nifrət Nitqinə Yox Hərəkatı” kampaniyasına qoşulub və bu çərçivədə bir sıra fəaliyyətlər həyata keçirib.

Geri dön