Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanın qadın güləşçiləri Avropa çempionatında 1 gümüş, 1 bürünc medal qazanıblar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İdman > Azərbaycanın qadın güləşçiləri Avropa çempionatında 1 gümüş, 1 bürünc medal qazanıblar

Azərbaycanın qadın güləşçiləri Avropa çempionatında 1 gümüş, 1 bürünc medal qazanıblar


Macarıstanın Sombateli şəhərində 23 yaşadək güləşçilər arasında keçirilən Avropa çempionatının dördüncü yarış günündə qadınların mübarizəsinə yekun vurulub.
Azərbaycan qadın güləşçiləri günü 1 gümüş, 1 bürünc medalla tamamlayıblar. Avropa vitse-çempionu adına 53 kq çəki dərəcəsində mübarizə aparan Leyla Qurbanova layiq görülüb. Qurbanova Almaniya, Polşa və Moldovadan olan rəqiblərini mübarizədən kənarlaşdırdıqdan sonra finala yüksəlib. Həlledici görüşdə o, ukraynalı rəqibinə yenilərək, gümüş medala sahib çıxıb.
58 kq çəkidəki Alyona Kolesnik isə Polşa və Rusiyadan olan rəqiblərini tam üstünlüklə məğlub etsə də, yarımfinalda ukraynalıya uduzub. Lakin Kolesnik bürünc medal uğrunda görüşdə fransalı rəqibini tam üstünlüklə məğlub edərək, fəxri kürsüyə qalxıb.
Qeyd edək ki, Avropa çempionatının ilk 3 gününü Azərbaycan sərbəst güləşçiləri üst-üstə 2 qızıl, 3 bürünc medalla tamamlayıb. İlk yarış günündə Teymur Məmmədov (65 kq) qızıl, İsmayıl Abdullayev (74 kq) bürünc medal qazanıb. Ertəsi isə Hacımurad Ömərov (70 kq) qızıl, Əli Rəhimzadə (61 kq) və Kənan Əliyev (86 kq) bürünc medala sahib olub. Üçüncü yarış günündə mübarizə aparan 4 qadın güləşçidən heç biri fəxri kürsüyə yüksələ bilməyib.

Geri dön