Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Tillerson: “Krım qaytarılmayanadək ABŞ Rusiyaya qarşı sanksiyaları geri götürməyəcək”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Tillerson: “Krım qaytarılmayanadək ABŞ Rusiyaya qarşı sanksiyaları geri götürməyəcək”

Tillerson: “Krım qaytarılmayanadək ABŞ Rusiyaya qarşı sanksiyaları geri götürməyəcək”


Krım Ukraynaya qaytarılmayanadək ABŞ Rusiyaya qarşı sanksiyaları geri götürməyəcək.

Bunu ABŞ-ın dövlət katibi Reks Tillerson Brüsseldə NATO ölkələri xarici işlər nazirlərinin görüşündə bəyan edib.

“ABŞ və NATO tərəfindən Ukraynaya dəstək davamlı olaraq qalacaq. NATO üzrə tərəfdaşlarımız da Ukraynanın suverenliyi və ərazi bütövlüyünü qəti şəkildə dəstəkləyir”, deyə R.Tillerson bildirib.

O əlavə edib ki, ABŞ Rusiyadan Minsk razılaşmalarının yerinə yetirilməsini tələb etməkdə davam edəcək.

Geri dön