Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ermənistanda parlament seçkilərinə Ukrayna da müşahidəçi göndərməyəcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Ermənistanda parlament seçkilərinə Ukrayna da müşahidəçi göndərməyəcək

Ermənistanda parlament seçkilərinə Ukrayna da müşahidəçi göndərməyəcək


Ukrayna aprelin 2-də Ermənistanda keçiriləcək parlament seçkilərinə müşahidəçi göndərməyəcək.

Bu barədə İrəvanda MDB-nın icraçı katibi, MDB-dən olan müşahidə missiyasının rəhbəri Sergey Lebedev bildirib.

"Seçkiləri müşahidə etmək təklifinə MDB ölkələrindən yalnız Azərbaycan və Ukrayna müsbət cavab verməyib", - deyə o bildirib.

S. Lebedev Ukraynanın bu addımını Kiyevin müşahidə missiyalarının yerinə yetirilməsi barədə razılaşmadan çıxması ilə izah edib.

Geri dön