Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan şahmatçıları “Dubai Open 2017” turnirinin ilk turunda qələbə qazanıblar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İdman > Azərbaycan şahmatçıları “Dubai Open 2017” turnirinin ilk turunda qələbə qazanıblar

Azərbaycan şahmatçıları “Dubai Open 2017” turnirinin ilk turunda qələbə qazanıblar


Birləşmiş Ərəb Əmirliklərində “Dubai Open” 19-cu beynəlxalq şahmat turniri başlanıb.

Turnirdə 215 şahmatçı, o cümlədən 53 qrossmeyster iştirak edir. Azərbaycanı turnirdə səkkiz şahmatçı təmsil edir.

“Dubai Open 2017” turnirinin birinci turniri başa çatıb. Azərbaycanın bütün təmsilçiləri - qrossmeysterlər Eltac Səfərli, Nicat Abbasov, beynəlxalq ustalar Vüqar Əsədli, Nail Bəşirli, Nərmin Xələfova, FIDE ustası Əhməd Əhmədzadə, habelə Rəvan Əliyev və Vüsal Abbasov birinci turda qələbə qazanıblar.

Turnir İsveçrə sistemi üzrə keçirilir və 9 turdan ibarətdir. Aprelin 12-də turnirin qalibi müəyyən olunacaq.

Geri dön