Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Yaponiya Şimali Koreya tərəfindən raket buraxılışı ilə bağlı Təhlükəsizlik Şurasının iclasını keçirəcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Yaponiya Şimali Koreya tərəfindən raket buraxılışı ilə bağlı Təhlükəsizlik Şurasının iclasını keçirəcək

Yaponiya Şimali Koreya tərəfindən raket buraxılışı ilə bağlı Təhlükəsizlik Şurasının iclasını keçirəcək


Yaponiya hökuməti Şimali Koreya tərəfindən növbəti raket buraxılışı ilə əlaqədar Təhlükəsizlik Şurasının iclasını keçirəcək. Bu barədə Kyodo agentliyi məlumat yayıb.

Hökumətdəki mənbələr istinad edən agentlik yazır: “Hökumət Şimali Koreya tərəfindən ballistik raket buraxılışı ilə əlaqədar aprelin 5-də Baş nazirin iqamətgahında Təhlükəsizlik Şurasının iclasını keçirmək qərarına gəlib”.

Yaponiya hökuməti aprelin 4-də Şimali Koreya tərəfindən yeni raket buraxılışını pisləyərək bu ölkəyə etirazını bildirib.

Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa deyib ki, bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin açıq pozulmasıdır. Təxribatçı hərəkətlərin fasiləsiz davamı yolverilməzdir və Yaponiya Şimali Koreyaya kəskin etirazını bildirərək onu qınayır.

Şimali Koreya tərəfindən buraxılan növbəti orta məsafəli ballistik raketin Yapon dənizi istiqamətində 60 kilometr uçduğu və dənizə düşdüyü bildirilir.

Geri dön