Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Rusiya və Türkiyə kompromisdən çox uzaqdır”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > “Rusiya və Türkiyə kompromisdən çox uzaqdır”

“Rusiya və Türkiyə kompromisdən çox uzaqdır”


Bu gün Xarici Siyasət və İqtisadiyyat Mərkəzinin rəhbəri, keçmiş türkiyəli diplomat Sinan Ulgen Suriyanın İdlib şəhərində kimyəvi qazın iştirakı ilə baş tutan hücumu şərh edib.

İtaliyanın “La Repubblica” qəzetinə verdiyi açıqlamasında Əsəd rejiminin müttəfiqi olan Rusiya və rəsmi Ankara arasında ciddi fikir ayrılıqlarının olduğunu deyib.

“Rusiya və Türkiyənin Suriyanın gələcəyi barədə əldə etdikləri razılıqlar çox deyil. Moskvanın “Demokratik İttifaq” (PYD) təşkiilatından olan kürdləri dəstəkləməsi Ankaranı qıcıqlandıran əsas problemdir. Asatana da baş tutan danışıqlar da bir nəticə verməyib. Halbuki türklər Əsədin hakimiyyətdə qalmasına çoxdan qəbullanıblar. Bundan başqa, Rusiya Kürd İşçi Partiyasını (PKK) terrorçu təşkilatlar siyahısına salmayıb”.

Ulgenin fikrincə, Astanada əldə olunmuş razılaşma İdlibdə də hökumət qüvvələrinin hava hücumu keçirməsini əngəlləməli idi.
“İdlib Türkiyə sərhəddinə yaxın yerləşir. İŞİD yox, “Ən Nüsrə Cəbhə”sinin nəzarət etdiyi şəhərə kimyəvi hücum ciddi geosiyasi nəticələr doğuracaq. Ankara və Moskva arasında münasibətlər daha da çətinə düşəcək”.

Ekspertin fikrincə, Türkiyə PKK və Suriya kürdləri ilə bağlı həll yolunu tapmayana qədər bölgədəki gərginlik qalmaqda davam edəcək.

Vüqar İSMAYILOV

Geri dön