Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > NATO-nun Daşkənddəki bürosu bağlanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hərb > NATO-nun Daşkənddəki bürosu bağlanıb

NATO-nun Daşkənddəki bürosu bağlanıb


NATO-nun Mərkəzi Asiya ölkələri ilə əlaqə və qarşılıqlı fəaliyyət üzrə Daşkənddəki bürosu bağlanıb.
Bu barədə aprelin 6-da büronun əməkdaşları RİA "Novosti”yə bildiriblər.
“Büronun bağlanması proseduru başa çatıb. Bu 2017-ci il martın 31-dən fəaliyyə göstərmir. Apreldən Mərkəzi Asiya ölkələri ilə birbaşa təmas Brüsseldən saxlanılacaq”, - büronun əməkdaşları bildiriblər.
Məlumata görə, Özbəkistan paytaxtndakı büronun bağlanması haqqında qərar 2016-cı ilin payızında qəbul edilib. Ötən ilin noyabrında NATO-nun Mərkəzi Asiyadakı Bürosunun başçısı Rozariya Pulizi deyib ki, ofis daxili büdcə baxış nəticəsində bağlanır və siyasi xarakter daşımır.
Qeyd edək ki, bu ofis 2014-ci ilin mayında açılıb.

Geri dön