Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Sərbəst güləşçilərimiz ilk beşlikdə qərarlaşıblar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İdman > Sərbəst güləşçilərimiz ilk beşlikdə qərarlaşıblar

Sərbəst güləşçilərimiz ilk beşlikdə qərarlaşıblar


Dünya Güləş Birliyi 2017-ci ilin martında keçirilən yarışların yekunlarına əsasən, reytinq cədvəlini açıqlayıb.

Azərbaycan Güləş Federasiyasından bildiriblər ki, sərbəst güləşçilərimizdən 16 nəfər reytinq siyahısında yer alıb. Onlardan yeddisi öz çəki dərəcələrində ilk onluğa, beşi isə ilk beşliyə daxil ola bilib.

Rio Yay Olimpiya Oyunlarının gümüş medalçıları Toğrul Əsgərov (65 kq) və Xetaq Qazyumov (97 kq), bürünc medalçı Cəbrayıl Həsənov (74 kq) reytinqdə ikinci sırada qərarlaşıblar. Olimpiadanın bürünc medalçısı Hacı Əliyev (61 kq) və qeyri-Olimpiya çəki dərəcəsində dünya çempionatının bürünc medalçısı Əhmədnəbi Qvarzatilov (61 kq) reytinq siyahısında dördüncü olublar.

Onluğa daxil olan digər güləşçilərimiz isə Aslanbek Alborov (97 kq) və Cəmaləddin Məhəmmədovdur (125 kq).

Geri dön