Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Urmiyədə türkcə atalar sözlərini təsvir şəkildə əks etdirən əsərlərin sərgisi keçirilir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Urmiyədə türkcə atalar sözlərini təsvir şəkildə əks etdirən əsərlərin sərgisi keçirilir

Urmiyədə türkcə atalar sözlərini təsvir şəkildə əks etdirən əsərlərin sərgisi keçirilir


Güney Azərbaycanın Urmiyə şəhərində türkcə atalar sözlərini təsvir şəkildə əks etdirən əsərlərin sərgisi keçirilir.

Bir həftə davam edəcək sərgi aprelin 9-da Şərqi Azərbaycan İncəsənət Hövzəsinin Qaleriya Mərkəzində fəaliyyətə başlayıb. Sərginin açılış mərasimində Qərbi Azərbaycan Vilayətinin yerli məsulları, o cümlədən Mədəni İrs Təşkilatının rəisi, İslami irşad və Mədəniyyət İdarəsinin İncəsənət işləri üzrə müdiri və s. iştirak edib.

“Qərbi Azərbaycan Vilayətində ilk dəfədir belə bir sərgi keçirilir. Sərgidə 18 rəssam tərəfindən hazırlanan 21 rəsm əsəri təqdim olunub. Məqsəd mədəniyyət və folklorumuzu qorumaq, atalar sözləri, eləcə də ictimai və əxlaqi məfhumları daha da canlandıraraq gənc nəsilə çatdırmaqdır”- deyə Sərginin direktoru Monirə Kürdistançı bildirib.

Hər gün yerli vaxtla saat 10:00-13:00 və 17:00-20:00 arası keçiriləcək sərgi aprelin 9-dan başlayaraq bir həftə davam edəcək.

N.S

Geri dön