Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranın Sistan-Bəlucistan əyalətində “Sepah” komandiri silahlı hücumda öldürülüb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İranın Sistan-Bəlucistan əyalətində “Sepah” komandiri silahlı hücumda öldürülüb

İranın Sistan-Bəlucistan əyalətində “Sepah” komandiri silahlı hücumda öldürülüb


İranın sünni bəluclar yaşayan Sistan-Bəlucistan əyalətində “Sepah”ın Kurin batalyonunun komandiri Ruhullah Ali, silahlı hücumda öldürülüb.

İran mənbələrinin yaydığı məlumata əsasən, hadisə aprelin 10-u axşam saatlarında baş verib. Bildirilir ki, tabeliyində olan qüvvələrə baş çəkmək üçün Kurin kəndinə yola düşən “Sepah” komandiri, Zahidan-Xaş istiqamətində hərəkət edərkən naməlum silahlı şəxslərin hücumuna məruz qalıb. Hücumçular bir neçə dəfə odlu silahlardan atəş açaraq “Sepah” komandirini qətlə yetiriblər.

İran mənbələri, baş verən silahlı qarşıdurmada hücumçulardan ikisinin qətlə yetirildiyini bildirsələr də, onların kimliyini və hansı müxalif qrupa bağlı olduqlarını açıqlamayıblar.

Qeyd edək ki, son illərdə İran bəluclarının milli və dini hüquları uğrunda mübarizə aparan müxalif yerli sünni bəluclarla hökumət qüvvələri arasında baş verən silahlı qarşıdurmalarda hər iki tərəfdən çoxlu insan həlak olub.
A.M

Geri dön