Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qazaxıstanın Qızıl Orda günlərinin açılışı Musiqili Teatrda
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Afişa > Qazaxıstanın Qızıl Orda günlərinin açılışı Musiqili Teatrda

Qazaxıstanın Qızıl Orda günlərinin açılışı Musiqili Teatrda


Aprelin 12 və 15 - də Qazaxıstan Respublikasının Qızıl Orda Vilayətinin Azərbaycanda Mədəniyyət Günləri keçiriləcək. Azərbaycan Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bilbirib ki, Mədəniyyət Günlərinin açılış mərasimi 12 aprel tarixində saat 19.00-da Musiqili Teatrda baş tutacaq. Tədbirin rəsmi hissəsindən sonra Qazaxıstan Respublikasının Qızıl Orda Vilayətinin incəsənət ustaları konsert proqramı ilə çıxış edəcəklər.

"Qazaxıstan Respublikasının Qızıl Orda Vilayətinin Azərbaycanda Mədəniyyət Günləri ölkələrimiz arasındakı diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr edilib. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və "TÜRKSOY" Beynəlxalq Təşkilatının dəstəyi ilə baş tutan Mədəniyyət Günləri çərçivəsində aprelin 12-15-də Bakı və Şəki şəhərlərində bir sıra mədəni tədbirlər keçiriləcək. Qızıl Orda Filarmoniyasının konserti, Qızıl Orda Vilayətinin N. Bekejanov adına Qazax Musiqili Dram Teatrının Mirzə Fətəli Axundzadənin "Müsyo Jordan və dərviş Məstəli şah" komediyası əsasında hazırladığı "Getməyəcəksən! Vəssalam, getməyəcəksən..." tamaşası Azərbaycanlı tamaşaçılara təqdim olunacaq.

Geri dön