Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Cismən uzaq, ruhən yaxın Kolumbiya!
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Diaspor > Cismən uzaq, ruhən yaxın Kolumbiya!

Cismən uzaq, ruhən yaxın Kolumbiya!


Kolumbiya Senatında Azərbaycan Respublikasının ərazilərinin işğalı ilə bağlı qərar qəbul edilib. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev jurnalistlərə açıqlamasında bildirib.

XİN rəsmisinin sözlərinə görə, Senatın qəbul etdiyi sənəddə Xocalıda baş vermiş cinayət soyqırım adlandırılıb. “Sənədə əlavədə Azərbaycana qarşı təcavüz siyasətinin tarixi, Azərbaycanın mövqeyi, Qarabağ və ətrafındakı 7 rayonun ermənilərin işğalı altında olduğu, 1 mln-a yaxın azərbaycanlının qaçqın və məcburi köçkün düşdüyü bildirilir, əhaliyə qarşı zorakılıq, insan hüquqlarının pozulması pislənilir”

E. Abdullayev qeyd edib ki, Latin Amerikası ölkələri arasında Meksikadan sonra Kolumbiya da Xocalıda baş verən hadisələrə soyqırım kimi qiymət verib. Qərar senatdan öncə onun 2-ci konstitusional daimi komitəsində irəli sürülüb. Tələb olunan 102 səs toplanıb və sənəd yekdilliklə qəbul olunub.

Geri dön