Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Həmşəhri” qəzeti etirazlardan sonra 180 dərəcə dəyişdi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > “Həmşəhri” qəzeti etirazlardan sonra 180 dərəcə dəyişdi

“Həmşəhri” qəzeti etirazlardan sonra 180 dərəcə dəyişdi


Güney Azərbaycanda baş verən sel fəlakəti ilə bağlı yaydığı təhqiramiz yazıya görə soydaşlarımızın etirazına səbəb olan “Həmşəhri” qəzeti mövqeyini 180 dərəcə dəyişməli oldu.

İlk olaraq “Sel gəldi tamaşaçıları” apardı başlığı altında xəbər yayan qəzet bu dəfə məsulları fəlakət bölgəsinə “tamaşaçı” kimi baxmaqda və lazımi tədbirlər almamaqda günahlandırıb. Qəzet birinci xəbərində təbii fəlakətdə ölənləri öz cahilliklərinin qurbanı olduğuna eyham vurmuşdur.

“Bizimlə çoxlu insan əlaqə saxlayır və məsulların hadisə ilə bağlı xəbərdarlıq etmədiklərini bildirərək təbii fəlakət bölgəsinə vaxtında yardım çatdırılmadığından narahatlıqlarını dilə gətirirlər”- deyə “Həmşəhri"nin dünənki sayında qeyd olunub.

“Həmşəhri” qəzeti etirazlardan sonra 180 dərəcə dəyişdi

Geri dön