Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ermənilərin Türkiyənin İrandakı səfirliyi qarşısında aksiya keçirməsinin qarşısı alınıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Ermənilərin Türkiyənin İrandakı səfirliyi qarşısında aksiya keçirməsinin qarşısı alınıb

Ermənilərin Türkiyənin İrandakı səfirliyi qarşısında aksiya keçirməsinin qarşısı alınıb


Aprelin 24-də İranın paytaxtı Tehran şəhərində bir qrup erməni Türkiyənin bu ölkədəki səfirliyinə doğru yürüş-mitinq keçirməyə cəhd göstərib.

İRİB-in verdiyi məlumata görə, İran hüquq-mühafizə qüvvələri icazəsiz aksiyanın qarşısını alıb. Bundan sonra ermənilər Tehranın Kərimxan prospektindəki kilsədə toplaşaraq, uydurma “soyqırımı” haqqında və Türkiyə əleyhinə müxtəlif şüarlar səsləndiriblər.

Qeyd edək ki, Tehranda yaşayan ermənilər hər il aprelin 24-də Türkiyənin İrandakı səfirliyinə doğru yürüş-mitinq keçirmək üçün İranın Daxili İşlər Nazirliyinə müraciət edirlər. Lakin onların belə böyük aksiya keçirməsinə icazə verilmir.

Geri dön